Əşrəf Rzayev Çovdarovun məhkəməsində - Yenilənir
Tarix: 06-02-2017 | Saat: 16:11
Bölmə:Siyasət / Manşet | çapa göndər
Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Kürdəmir epizodu” üzrə şahidlər dindirilib.
Rayon icra başçısının keçmiş müavini Əşrəf Rzayev ifadə verərək deyib ki, başçı ona hazırda mübahisə predmeti olan torpaq sahəsinin sənədləşdirilməsini tapşırıb. Ə.Rzayev həmin yerin boş olduğunu müəyyən etdikdən sonra sənədləşdirmə apardıqlarını deyib.
Rayon bələdiyyəsinin sabiq sədri Mətləb Rzayev ifadə verərək həmin torpaq sahələri alınarkən onlara təzyiq olunduğunu deyib: “O torpaqlar əvvəl bizim idi, Əşrəflə Gülbala gəlib dedilər ki, torpağı vermək lazımdı, etiraz etdik. Onda onlar bizə hədə-qorxu gəldilər, məcbur olub razılaşdıq”.
Məhkəmə prosesində fasilə elan olunub, günün ikinci yarısında davam etdiriləcək. (qafqazinfo.az)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024