Mobil versiya
Azər Kərimli: “Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana və fədakar ömür-gün yoldaşı olmuşdur”
Tarix: 15-04-2025 | Saat: 12:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana və fədakar ömür-gün yoldaşı olmuşdur”

“Azərbaycanda oftalmologiya sahəsinin inkişafında özünəməxsus rol oynamış Zərifə xanım Əliyeva bu sahədəki elmi tədqiqatları ilə dünya miqyasında tanınmış bir alimdir. O, daşıdığı bütün titulları və yüksək insanlıq keyfiyyətləri ilə Azərbaycan xalqının yaddaşında əbədi qalacaq bir şəxsiyyət olaraq tarixdə öz yerini almışdır.”

Bu fikirləri görkəmlik akademik Zərifə xanım Əliyevanın 15 aprel anım günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat daha sonra Zərifə xanım Əliyevanın tibb sahəsində layiq görüldüyü ali mükafatları qeyd edib və eyni zamanda da Zərifə xanım Əliyevanın əsl Azərbaycan qadınına xas olan yüksək mənəvi xüsusiyyətlərindən danışıb: “Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olmuşdur. Ulu Öndər Heydər Əliyevin öz xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyevanın əməyi, zəhməti var idi.”

Yaxşı insanlar bütövlükdə insanlığın bir növ güzgüsüdür, onların yaşadıqları ömrün hər günü, hər əməlləri bizim üçün, bizdən sonra gələnlər üçün də bir növ nümunədir. Yaxşı insanların həyatı hamının oxuya biləcəyi ən yaxşı, ən mükəmməl, ən kamil kitabdır – özü də canlı kitab... Yaxşı insanların əməlləri ürəkdən-ürəyə salınan istək körpüsüdür, Vətənlə-vətəndaş arasında umacaqsız şəkildə təzahür edən kamil münasibətdir... Zərifə xanım ancaq alim ömrü yaşamadı. O Heydər Əliyev kimi bir şəxsiyyətin həyat yoldaşı və çox gözəl ana idi. Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında belə demişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Ömrünü dövlət işinə həsr etmiş bir insandan belə yüksək qiymət almaq, Zərifə xanım Əliyevanın fövqəladə insanpərvərliyinin, xeyirxahlığının nəticəsidir.
Zərifə xanım Əliyeva az ömür yaşasa da, xoşbəxt insan idi. Ona görə xosbəxt idi ki, həm böyük alim, həm də xoşbəxt ana, sədaqətli həyat yoldaşı idi. Ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva haqqında öz xatirələrinin birində belə demişdir:“Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar - siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı, bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların “şəxsi sirri”dir.”Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025