Mobil versiya
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatalada bir sıra tədbirlərdə iştirak edib -Fotolar
Tarix: 14-04-2025 | Saat: 11:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatalada bir sıra tədbirlərdə iştirak edib

Aprelin 12-də Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonuna səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Səfər zamanı millət vəkili Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri ilə birgə 2023-cü il sentyabr ayında suverenliyimizin bərpası məqsədilə keçirilmiş lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş Sərxan Ömərovun ailəsini ziyarət edib. Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ziyarətdən sonra Asif Əsgərov Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbula gələn sakinlərin müxtəlif sosial, iqtisadi və məişət məsələləri ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərlərinin isə aidiyyəti qurumlara yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.Olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə yardımlar edilib.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov, Elm və Təhsil naziri Emin Əmrullayev,Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov,Elm və Təhsil nazirinin müavini,Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri UNEC-in Zaqatala filialında açılış mərasimində iştirak edib. Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş və dərin ehtiram ifadə edilmişdir.
Daha sonra UNEC-in Zaqatala filialında yeni istifadəyə verilmiş “Tələbə evi” və “İdman zalı”nın açılış mərasimi keçirilmişdir. İştirakçılar tələbələr üçün yaradılmış müasir yaşayış və idman şəraiti ilə tanış olmuş, infrastrukturun imkanları barədə ətraflı məlumatlandırılmışlar. Tədbirdə UNEC-in Zaqatala filialının rəhbərliyi, müəllim və tələbə kollektivi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025