Şəhid Çingiz Qurbanovun yas xərcini dövlət ödəyəcək
Tarix: 06-02-2017 | Saat: 13:15
Bölmə:Gündəm | çapa göndər
Şəhid Çingiz Qurbanovun dəfn və yas xərci dövlət tərəfindən ödəniləcək.
"AİA.AZ" xəbər verir ki, bunu AzVision.az-a Qusarın deputatı Azər Badamov deyib. Deputat bildirib ki, şəhidimizin dəfni yüksək səviyyədə təşkil olunacaq.
“Hazırda Qusar rayonunun Şəhidlər Xiyabanında şəhid Çingiz Qurbanovun nəşinin qarşılanmasını üçün yığışmışıq. Dəfn mərasimi üçün lazımı işlər görülüb”.
Qeyd edək ki, şəhid əsgərimiz Çingiz Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Bu gün şəhidlə vida mərasimi keçirilib. Mərasimdən sonra Ç.Qurbanovun nəşi dəfn olunması üçün Qusar rayonuna yola salınıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024