Daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir
Tarix: 11-04-2025 | Saat: 12:45
Bölmə:Siyasət | çapa göndər

Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun həm böyük təcrübəyə malik, həm də gənc peşəkar hüquqşünaslarla komplektləşdirilməsinin nəticəsində hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılıb.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.
Millət vəkili bildirib ki, yaxın zamanlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatları gözlənilir.
“Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib.
2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılmışdır. Maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır”, - N.Səfərov qeyd edib
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025