Azərbaycan reallıqları yeni dünya nizamı fonunda - DEPUTAT
Tarix: 11-04-2025 | Saat: 12:22
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı və iştirakçıların suallarına cavabları mövcud mürəkkəb beynəlxalq münasibətlər və siyasi çaxnaşmalar fonunda Azərbaycan reallıqlarının obyektiv dəyərləndirilməsi üçün mükəmməl vasitədir.
Dövlətimizin başçısı qlobal gündəlikdə duran mühüm məsələlər ətrafında çoxsaylı tanınmış beynəlxalq ekspertlərlə fikirlərini bölüşmüşmüş, dünyada baş verən mühüm proseslərə dair mövqeyini açıqlamış, bu dəyişikliklər fonunda ölkəmizin geosiyasi portretinin çizgilərini çəkmişdir.
Cənab İlham Əliyev Azərbaycanın tarixi ərazilərinin azad edilməsi ilə bağlı mövzuya toxunaraq qondarma Qarabağ probleminin tarixi kökləri barədə forum iştirakçılarını məlumatlandırmaqla yanaşı Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpasının unikal presedent olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Dünya ictimaiyyəti son zamanlar Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində cəlb edildiyinin şahididir. Ölkə rəhbərinin fikrincə, bu, qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, eyni zamanda, Azərbaycanın Şərqlə Qərb arasındakı məkanda əsrlər boyunca necə inkişaf etməsi, ölkəmizin neft-qaz, enerji və təhlükəsizliklə bağlı proseslərdə güclənən beynəlxalq mövqeyi ilə bağlıdır: “Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil… Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək… Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.
Ermənistanla Azərbaycan arasında barışıq, vasitəçilik barədə sualı cavablandırarkən dövlətimizin başçısı yeni dünya düzəni mövzusunu nəzərə alaraq, Cənubi Qafqaz ölkələri üçün uzunmüddətli sülh çəraitində inteqrasiyasının ləngiməsinin səbəblərini izah etmiş və faydalı əməkdaşlıq üçün sülhə nail olunmasını ən vacib şərt kimi dəyərləndirmişdir: “Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi… Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı… Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır”.
Prezident İlham Əliyev sülh sazişinin imzalanmasında əsas maneə kimi Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəalarla yanaşı rəsmi İrəvanın ATƏT-in Minsk qrupundan imtina etməməsini göstərərək etimadın artırılması üçün rəsmi İrəvanın müvafiq addımlar atmalı olduğunu bəyan etmişdir: “…bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir”. Lakin nəticədə bu gün onlara üstünlük verə biləcək müəyyən beynəlxalq vəziyyət əvəzinə ABŞ-dakı son president seçkilərindən sonra güvənc yerlərinin itirmələri ilə üz-üzədirlər. Buna baxmayaraq Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində konsolidasiyalı mövqeyə malikdir. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Ona görə də, həm hərbi, həm də siyasi nöqteyi-nəzərdən biz hər zaman zəmanətli olmalıyıq. Cənab İlham Əliyev bu məsələdə Ermənistanın arxasında duran bəzi beynəlxalq qüvvələrin və bir sıra Avropa ölkələrinin ciddi-cəhdlə destruktiv fəaliyyətlərini də ifşa etmişdir: “…Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara təbliğat davam edir”.
Hələ də gərgin olaraq qalan Türkiyə - İsrail münasibətlərinə gəlincə, Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanmasından sonra rəsmi surətdə müttəfiq olmuşuq. Uzun illər ərzində İsrail-Azərbaycan münasibətlərində hər iki ölkə üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də Türkiyə ilə İsrail arasında anlaşıqlı münasibətlərin qurulması istiqamətində Azərbaycan hökuməti öz mühüm töhfəsini verməkdə davam edir. “Artıq məlum olduğu kimi, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi…Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk…Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq”.
Ağ evdə hakimiyyətin dəyişməyindən sonra gözləntiləri barədə söz açarkən cənab İlham Əliyev öz təcrübəsinə əsaslanaraq bildirdi ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Həqiqətən də rəsmi Bakının Bayden-Blinken komandasına etimad səviyyəsi ABŞ-Azərbaycan münasibətləri tarixində ən dərin böhrana uğramışdı. Bu, əsasən ABŞ administrasiyasının rəhbərliyi dövründə Ermənistanı Azərbaycana qarşı siyasi və hətta hərbi müstəvidə dəstəkləməsi və əksinə, hər fürsətdə ölkəmizə qarşı bütün mümkün vasitələrdən istifadə etməsi ilə əlaqəli idi. Onların belə açıq-aydın birtərəfli münasibəti Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi.
Lakin görünən odur ki, Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri uğursuzluqla nəticələndi və Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın da “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməkdən dərhal çəkindi. Dərin beynəlxalq korrupsiya əməllərinin ifşa olunduğu USAID də Donald Trampın səyləri nəticəsində Amerika qanunları qarşısında cavabdehdir. Yeri gəlmişkən, Azərbaycanın Baş Prokurorluğu da USAID-in hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri ilə müşayiət olunan anti-Azərbaycan fəaliyyətini araşdırır. Prezident İlham Əliyev bu kontekstdə ABŞ-Azərbaycan münasibətlərində müsbət meyillərin formalaşmasını vacib məqamı kimi qeyd etmişdir: “Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var… Başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik”.
Prezident İLham Əliyevin iştirakı ilə üç saata qədər davam edən tədbirdə yeni dünya nizamını xarakterizə edən və onun formalaşmasını şərtləndirən digər qlobal əhəmiyyətli problemlərə də geniş diqqət ayrılmışdır. Buraya bölgənin enerji resurslarının qarşılıqlı fayda əsasında səmərəli istifadəsini təmin edən transmilli layihələrin reallaşmasından tutmuş, ümumi təhlükəsizlik arxitekturasının etibarlı mexanizmlərinin yaradılmasına qədər müxtəlif səpkili məəsələlər daxildir.
Əli Hüseynli,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025