AZƏRTAC Gürcüstanda xüsusi mükafata layiq görülüb -Foto
Tarix: 13-07-2025 | Saat: 21:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Gürcüstanda 2013-cü ildən bəri hər il elm, təhsil, mədəniyyət, incəsənət, idman, tibb, informasiya təminatı və digər sahələrdə xüsusilə fərqlənən təşkilatlar və insanlar seçilir, onlar öz sahələri üzrə “İlin ən yaxşısı” elan olunurlar.
AZƏRTAC xəbər verir ki, bu il Gürcüstanda fəaliyyət göstərən yerli və xarici informasiya agentlikləri və televiziyaları arasında da seçim keçirilib. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi”, agentliyin bu ölkədəki əməkdaşı Xətayi Əzizov isə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri, “İnternational George” təşkilatının direktoru Nino Şalamberidze bildirib ki, münsiflər heyəti bu il də Gürcüstanda yerli və xarici televiziyaların, informasiya agentliklərinin fəaliyyətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, Azərbaycanın Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Gürcüstan ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında obyektivliyi, məlumatların düzgünlüyü və qərəzsizliyi pinsiplərini qoruyub, eyni zamanda, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində xüsusilə seçilib.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan və gürcü mediasında çıxışları zamanı hər iki dövlətin mənafelərinin qorunması prinsiplərini rəhbər tutub və media orqanları arasında dostluq körpüsünün möhkmlənməsinə xidmət edib.
Münsiflər heyətinin yekdil qərarı ilə Xətayi Əzizov Gürcüstanda “İlin ən yaxşı xarici ölkə müxbiri” seçilib.
Bu gün qaliblərlə münsiflər heyətinin görüşü keçirilib. Məlumat verilib ki, mükafatlar ilin sonunda qaliblərə təqdim olunacaq.
Qeyd edək ki, Gürcüstanda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, Fransa və İranın nüfuzlu agentliklərinin təmsilçiləri fəaliyyət göstərirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilsii
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-07-2025
12-07-2025
11-07-2025