Mobil versiya
Azərbaycanın enerji siyasətində yeni prespektivləri və addımları
Tarix: 07-04-2025 | Saat: 11:21
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın enerji siyasətində yeni prespektivləri və addımları

Aprelin 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının 2025-ci il iclasları, Azərbaycan üçün enerji geosiyasətində yeni bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir." Bu ifadə, Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın enerjiyə olan tələbatı artır, xüsusən də Avropadakı müttəfiqləri üçün. Tədbir çərçivəsində Avropa ilə əməkdaşlığın gələcəyi müzakirə edildi. Azərbaycan təbii qaz təchizatı sahəsində mövqeyini gücləndirərək, daha geniş bazarlara, xüsusən də Avropaya qaz ixracını artırmağı hədəfləyir. Gələcəkdə bu qaz təchizatının daha çox şəbəkələrlə inteqrasiya edilməsi gözlənilir. Yaşıl enerji sahəsində Azərbaycanın atdığı addımlar da bu perspektivə uyğun olaraq həyata keçirilir. 2030-cu ilədək 6 giqavatlıq günəş və külək enerjisi istehsalı hədəfi, Azərbaycanı Avropa və Asiya arasında mühüm enerji təchizatçısına çevirəcək. Bununla yanaşı, su elektrik stansiyalarının qurulması və bərpa olunan enerjinin inkişafı, Azərbaycanın enerji təchizatının dayanıqlı və təmiz olmasına kömək edəcək. Yaşıl enerji Azərbaycanın gələcək enerji siyasətinin mərkəzində dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinə keçid üçün müxtəlif strateji addımlar atır. 2030-cu ilədək enerji sektorunda yaşıl enerji həllərinə yatırılan sərmayələr, ölkənin dayanıqlı inkişafına, həmçinin beynəlxalq təzyiqlərə qarşı dirənəkliliyinə mühüm təsir edəcək. Prezident İlham Əliyev deyib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”. Bu çıxış, Azərbaycanın yaşıl enerji sahəsindəki strateji məqsədlərini və beynəlxalq enerji bazarındakı yeni mövqeyini əks etdirir. Prezident Əliyevin vurğuladığı kimi, yaşıl enerji yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Yaşıl enerji sahəsində atılan addımlar, Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji sahəsində inkişafa öncülük edən bir ölkə kimi tanıdır. Yaşıl enerjinin inkişafı, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və ekoloji problemlərin həllinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan Avropa ilə bərpa olunan enerji sahəsində də yeni əməkdaşlıq imkanları əldə edir. Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə demək yerinə düşər ki, Azərbaycanın yaşıl enerji sahəsindəki potensialı, xüsusilə günəş və külək enerjisi üzrə çox böyükdür. Yaşıl enerjinin inkişafı, Azərbaycanın həm daxili bazarda enerji təchizatını təmin etməsinə, həm də xarici bazarlara ixrac etməyə imkan yaradacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025