Mobil versiya
Cənub Qaz Dəhlizi əməkdaşlıq və təhlükəsizlik platformasına çevrilir
Tarix: 07-04-2025 | Saat: 10:45
Bölmə:Siyasət | çapa göndər

Cənub Qaz Dəhlizi əməkdaşlıq və təhlükəsizlik platformasına çevrilir

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Ölkəmizin başçısı ilk növbədə müasir gesoyasi vəziyyətdə enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkərək bu sahədə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır . Bu mühüm toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamışdır. Getdikcə Məşvərət Şurasının tərkibinin genişlənməsini komanda əməkdaşlığının çox yaxşı təzahürü kimi qiymətləndirən cənab İlham Əliyev deyib: “Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür.”

Enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi kimi xarakterizə edən ölkə başçısı bildirib ki, artıq sənaye təhlükəsizliyi haqqında da danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı kimi özünü təsdiq edə bilmişdir. Çünki artıq Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olmaqla bərabər, Pan-Avropa qaz təchizatçısıdır. Bunu deməyə əsas verən qaz təchizatımızın coğrafiyasının getdikcə genişlənməsidir.
Qeyd edək ki, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Cənab Prezident bildirib ki, “Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.”
Ölkəmizin həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak etdiyini xatırladan cənab Prezident ölkəmizin bu sahədə geniş potenasiala malik olduğunu bildirmişdir. Cənab İlham Əliyev qeyd etmişdir ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarlarla imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bunun nəticəsində elektrik enerjisinin istehsalında istifadə edilən təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaradacaq və həmin qaz ixraca yönəldilməklə Avropanın qazla təchizatına töhfə vermiş olacaqdır: “30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpa olunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatına iqtisadiyyatının yeni müstəvidə inkişafını təmin etməklə bərabər, bərpa olunan enerji mənbələrindən səmərəli istifadəyə imkan verəcəkdir.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-04-2025