Mobil versiya
"Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun sübutudur " - Tamam Cəfərova
Tarix: 06-04-2025 | Saat: 22:52
Bölmə:Siyasət | çapa göndər

"Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun sübutudur "

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Beləki, Almaniya və Azərbayca arasında diplomatik münasibəltər 1992-ci ildə qurulmuşdur. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi, mədəni, elmi və humanitar sahələrdə də əlaqələr müsbət dinamika izlənir. Şübhəsiz ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrə yeni müsbət təkan verəcəkdir.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Eyni zamanda Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Millət vəkili T.Cəfərova xatırladıb ki, cənab Prezident İlham Əliyev Almaniya prezidentinin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında iki ölkə arasında inkişaf edən əlaqələrin əhəmiyyətini xüsusi qeyd edərək deyib: "Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Bir daha vurğulamalıyıq ki, Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun əyani göstəricisidir. Bu səfər əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək inkişafına təkan verməklə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsində mühüm rol oynayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-04-2025