Mobil versiya
Qambiya Prezidenti Azərbaycan liderini təbrik edib
Tarix: 04-04-2025 | Saat: 11:10
Bölmə:Siyasət | çapa göndər

Qambiya Prezidenti Azərbaycan liderini təbrik edib

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

aia.az xəbər verir ki, məktubda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.

Ramazan bayramı mənəvi təfəkkür, sədaqət, şəfqət bayramıdır, eləcə də imanımızı gücləndirmək, Uca Yaradandan mərhəmət diləmək və bəşəriyyətə xidmət etmək öhdəliyimizi yeniləmək üçün mühüm məqamıdır. Bu müqəddəs bayram münasibətilə bütün müsəlman ümmətinə Allahın sonsuz mərhəmətini diləyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-04-2025