Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edilib
Tarix: 04-02-2017 | Saat: 11:42
Bölmə:Gündəm | çapa göndər
Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən Qanuna aşağıdakı məzmunda 32-1-ci bənd əlavə edilir:
"32-1) parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir;".
53-cü maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 53. Parklanma
I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir.
II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir.
III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.
V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.
VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir.
VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur.
VIII. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IX. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır.
X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılır. Əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə işarələnir. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər "əlil" tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.
XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
XII. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
XIII. Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur.
XIV. Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:
1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;
2) parklanma yerlərindən istifadə qaydaları;
3) bu maddənin XIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyat vasitəsinin aparılacağı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumat;
4) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri.
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir.
XVI. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur.
XVII. Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
XVIII. Parklanmaya görə ödəniş qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi, nəqliyyat vasitəsinin parklanma yerinə daxil olduğu və oranı tərk etməli olduğu vaxt, parklanmaya görə edilmiş ödənişin məbləği göstərilməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən nəqliyyat vasitəsinin parklanma yerinə daxil olmasına dair parkomatdan parklanma qəbzi ala bilər. Bu zaman parklanma qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi və parklanma yerinə daxil olduğu vaxt göstərilir.
XIX. Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər.
XX. Bu Qanunun XIX hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.
XXI. Sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar.
XXII. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.
XXIII. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır.
XXIV. Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir.
XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.".
Həmçinin, Qanunun 72-ci maddəsinə aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilir:
"Qeyd: "Əlil" tanınma nişanı I və II qrup əlillərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq əlillik dərəcəsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təqdim olunur. "Əlil" tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs əlillik dərəcəsini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir.".
Bu Qanun (bu Qanunla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 53-cü maddəsinin XX hissəsi istisna olmaqla) 2017-ci il iyulun 1-dən qüvvəyə minir.
Bu Qanunla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 53-cü maddəsinin XX hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:
"Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində "yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar" dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.
Aşağıdakı məzmunda 127-2-ci maddə əlavə edilir:
"Maddə 127-2. Parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmış müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsi parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
127-2.1. Bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə elektron protokol parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.
127-2.2. Parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür.
127-2.3. Bir parklanma üçün müəyyən edilmiş 24 saatlıq parklanma müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat verilir.
127-2.4. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq elektron protokol tərtib edildikdən sonra həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılması üçün bu barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əməkdaşına ötürülür. Bu cür nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılması təmin edilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir.
127-2.5. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün haqqı həmin yerdə bank və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat vasitəsi dərhal onun istifadəçisinə qaytarılır.
127-2.6. Müvafiq icra hakimiyyəti orqanı inzibati cəriməni və nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılması üçün haqqı həmin duracaqda bank və ya ödəmə terminalı vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.".
Aşağıdakı məzmunda 346-1-ci maddə əlavə edilir:
"Maddə 346-1. Parklanma qaydalarının pozulması
346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə -
on manat məbləğində cərimə edilir.
346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə -
on manat məbləğində cərimə edilir.
346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə -
on manat məbləğində cərimə edilir.
346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə -
on manat məbləğində cərimə edilir.
346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə -
iyirmi manat məbləğində cərimə edilir.".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024