Elm Günündə Azərbaycan elminin VƏZİYYƏTİ
Tarix: 27-03-2025 | Saat: 11:17
Bölmə:Ölkə | çapa göndər

Hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilir. Bu gün elmi nailiyyətlərin qiymətləndirilməsi və cəmiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elm inkişaf etməkdə olan ölkələr üçün bilik mənbəyi olmaqla yanaşı, eyni zamanda gələcək rifahın, texnoloji tərəqqinin və beynəlxalq rəqabət qabiliyyətinin açarı hesab edilir. Elm sahəsində qadın və kişilərin bərabərhüquqlu iştirakı isə cəmiyyətin bütün təbəqələrinin bilik potensialını tamamilə üzə çıxarmaq üçün zəruri şərtdir.
aia.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycanda elmin vəziyyətini təqdim edir.
Son statistikalara görə, ölkəmizdə elm sahəsində 19 535 nəfər fəaliyyət göstərir, onların da 14 062-i tədqiqatçı, 1 533-ü texniklər, 2 145-i köməkçi heyət, 1 175-i isə digər işlərlə məşğul olan şəxslərdir. Elmi tədqiqatla məşğul olanların 11 832-i qadın, 2 230-u isə kişidir. Elm sahəsində çalışan şəxslərin 16 796-ı ali təhsillidir.
Elmlər doktoru kimi fəaliyyət göstərən 1 382 nəfərin isə 370-i qadın, 1 012-i kişidir, ümumilikdə fəlsəfə doktorlarının sayı isə 5 498-dir ki, onların da 2 988-i qadın, 2450-i kişidir.
Ölkəmizdə son illərdə akademiklərin say göstəricisində isə ciddi fərq olmayıb. Son 10 ildə akademiklərin çox olduğu il 2015 hesab edilir. Belə ki, həmin il 65 akademik ölkədə fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 56-dır. Akademiklər arasında qadın və kişilər arasında isə ciddi fərqlər müşahidə edilir. 2015-ci ildə sadəcə 5 qadın akademik, 2023-cü ildə isə 7 qadın akademik kimi fəaliyyət göstərib. Müxbir üzvlərin sayında da kişilərin üstünlük təşkil etdiyi müşahidə edilir. Belə ki, 2023-cü il statistikalarına görə Azərbaycanda 86 müxbir üzvün 77-i kişidir.
Elmi tədqiqatları yerinə yetirən təşkilatların 65,7 faizi dövlət sektoru, 32,1 faizi ali təhsil sektoru, 2,2 faizi isə sahibkarlıq sektoru üzrə bölünüb.
Beynəlxalq statistikalara görə isə Azərbaycanda elmin inşifakı aşaşağıdakı kimi göstərilib: 2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində isə Azərbaycan 2023-cü ildə 138 ölkə arasında 92-ci yerdə qərarlaşıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2025
29-03-2025
28-03-2025