Mobil versiya
Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb
Tarix: 27-03-2025 | Saat: 09:07
Bölmə:Siyasət / Manşet | çapa göndər

Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tofiq Musayevin qurumun Baş katibinə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi məlumat yayıb.

Müraciət məktubunda vurğulanıb ki, regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərini icra etməsini tələb edir:

"Regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini, ərazi iddialarından tam və qeyd-şərtsiz imtina etməsini, təcavüz və işğalı nəticəsində Azərbaycana vurduğu ziyanı aradan qaldırmasın, həmçinin dezinformasiya və yanlış məlumatlardan, eləcə də dövlətlərarası münasibətlərin normallaşması perspektivlərinə mane olan hər hansı digər hərəkətlərdən çəkinməsini tələb edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə