Mobil versiya
Atatürk prospekti bağlandı
Tarix: 26-03-2025 | Saat: 12:59
Bölmə:Ölkə | çapa göndər

Atatürk prospekti bağlandı

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat yayılıb.

Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə