ABŞ-dakı erməni lobbisi Trend İnformasiya Agentliyinə müharibə elan etdi
Tarix: 03-02-2017 | Saat: 17:03
Bölmə:Siyasət / Karusel | çapa göndər
Amerika Erməni Milli Komitəsi növbəti dəfə ucuz təbliğat üsullarından istifadə edərək Trend İnformasiya Agentliyinin əməkdaşının ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsindən bəhs edən "Trump puts end to Armenian lobby's influence on US" adlı məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.
Aia.Az Trend-ə istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsi "Tvitter"dəki səhifəsində həmin məqalədəki sitatı Hitlerin "Mayn kampf" kitabındakı sitatla müqayisə edərək məqalənin dağıdıcı effektini uğursuz şəkildə kiçiltməyə çalışıb.
Erməni lobbisinin nümayəndələri müəllifin ABŞ-da parazitliklə məşğul olan erməni diasporu haqqında fikirlərini təhrif edib və Hitlerin yəhudi xalqı haqqında fikirləri ilə müqayisə aparıb. Tarixin təhrif olunması erməni diasporunun və Ermənistan rəhbərliyinin "şah əsəri"dir. Amerika Erməni Milli Komitəsi öz "prinsiplər"inə sadiq qalaraq ABŞ cəmiyyətini yanlış istiqamətə yönəltməyə çalışır.
Trend İnformasiya Agentliyi xatırladır ki, məhz Ermənistan hakimiyyəti faşist və antisemit general Qaregin Njde kimi şəxslərə abidə ucaltmaqla Ermənistanda faşist rejiminin nümayəndələrini qəhrəmanlaşdırır. Bu abidənin açılışında dövlət nümayəndələrinin də iştirak etməsi faktı bir daha bu mövqenin ayrı-ayrı şəxslərin deyil, Ermənistanın hakim dairələrinin mövqeyi olduğunu təsdiq edir. Həmçinin xatırlatmaq lazımdır ki, Ermənistanın hazırkı hakimiyyəti bu il Azərbaycanda 25-ci ildönümü ağrı və gözyaşı ilə qeyd olunacaq Xocalı soyqırımının birbaşa günahkarıdır.
Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri dinc və mehriban şəraitdə yaşayırlar. Azərbaycan daim faşizmin istənilən təzahürlərini və ona bəraət qazandırılması cəhdlərini qətiyyətlə pisləyib.
Amerika Erməni Milli Komitəsinin nümayəndəsinin Hitlerin "Mayn kampf"ından sitat gətirməsi faktı bu ktabın təşkilatın stolüstü kitabı olduğunu güman etməyə əsas verir. Erməni lobbisinin rəhbərliyinin ASALA kimi terror təşkilatları ilə yaxın əlaqələrini nəzərə alsaq, bu, heç də təəccüblü deyil.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024