Mobil versiya
Azərbaycanlı deputat Lavrov və sözçüsünü tənqid atəşinə tutdu
Tarix: 03-02-2017 | Saat: 16:53
Bölmə:Siyasət / Karusel | çapa göndər

Azərbaycanlı deputat Lavrov və sözçüsünü tənqid atəşinə tutdu









Niyə Andrey Lapşinin ekstradisiyasına görə narahat olan Sergey Lavrov və onun sözçüzü Mariya Zaxarova Dilqəm Əsgərovun azadlığa buraxılmasını tələb etmirlər?
Milli.Az xəbər verir ki, belə bir ritorik sualla Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev çıxış edib.



Millət vəkili qeyd edib ki, şefi Sergey Lavrovun ardından Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da üçlü vətəndaşlığı və ondan daha artıq sifəti olan, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq Dağlıq Qarabağa gedib oradakı cinayətkar və separatçı rejimi təbliğ edən, rəsmi Bakının tələbiylə Belarusda tutulan Andrey Lapşinin ölkəmizə təhvil verilməsinə qarşı çıxdıqlarını bildirir:



"Xanım Zaxarova bunun baş verməməsi üçün Belarusla danışıqlar aparıldığını deyir və açıqlamasından belə çıxır ki, onların bu narahatçılıqlarının arxasında Lapşinin Rusiya vətəndaşı olması durur. Xub. Ancaq onda sual yaranır.
Nədən Mariya Zaxarova və şefi ölkələriylə yanaşı, İsraillə Ukraynanın da pasportlarını daşıyan Lapşinin qayğısına bu cür qaldıqları halda ancaq Rusiya vətəndaşı olan, hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun azadlığa buraxılmasını tələb etmirlər?



Özü də onun ağır xəstə olduğunu bilə-bilə. Bəlkə ona görə ki, Lapşin Dağlıq Qarabağa gedərək oradakı cinayətkar və separatçı rejimin özünəbənzər təmsilçilərini dəstəkləyib, Dilqəm Əsgərov isə əksinə, Azərbaycan torpaqlarının işğal altında olmasına qarşı çıxıb. Hər halda kim də bilməsə, Lavrovla Zaxarova yaxşı bilirlər ki, Dilqəm doğulub-böyüdüyü Kəlbəcərə, həm də işğala qarşı çıxdığını göstərmək üçün getmişdi..."



Qeyd edək ki, bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının yolverilməz olduğunu deyib.

Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub və mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus Baş Prokurorluğu da Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib.

Əlavə edək ki, A.Lapşinin rəsmi olaraq ikili - həm Rusiya, həm də İsrail vətəndaşlığı olduğu bildirilir.

İlkin İzzət

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024