Azərbaycan və Şimali Makedoniya Prezidentlərinin əməkdaşlıq perspektivləri
Tarix: 12-03-2025 | Saat: 10:13
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Şimali Makedoniya arasında mövcud olan əlaqələr son illər ərzində artan intensivliklə inkişaf edir. Hər iki ölkənin prezidentlərinin son mətbuat bəyanatları da bu əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri və iki ölkə arasında olan strateji əməkdaşlıq sahələrini genişləndirmək üçün atılan addımlar, ikitərəfli münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyev, rəsmi səfər zamanı verdiyi bəyanatda, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın artırılması məqsədilə müxtəlif sahələrdə tədbirlərin görüləcəyini vurğuladı. O, belə dedi: "Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”. İki ölkənin iqtisadi əlaqələrində hələ də müəyyən boşluqlar mövcud olsa da, Prezident İlham Əliyev bu sahədəki potensialın artacağını və rəsmi səfərin və nümayəndə heyətləri səviyyəsindəki görüşlərin bu istiqamətdə faydalı olacağını qeyd etdi. Humanitar sahədə də əməkdaşlığın inkişafı əhəmiyyət kəsb edir. Azərbaycanın mədəniyyət və təhsil sahəsindəki zəngin təcrübəsi, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Prezident İlham Əliyev, Prezidentin bu səfəri çərçivəsində həm də Qlobal Bakı Forumunda iştirak edəcəyini və bu tədbirin beynəlxalq miqyasda müsbət əks-səda doğurduğunu qeyd etdi. “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”. Gələcəkdə, iqtisadi və enerji sahəsində daha sıx əməkdaşlıq baş tutsa da, hər iki ölkə arasında olan ticari-iqtisadi boşluğun aradan qaldırılması üçün daha çox səy göstərilməlidir. Ancaq hər iki ölkənin hədəfləri bir-birini tamamladığından, qarşılıqlı faydalı əməkdaşlıq perspektivi çox ümidvericidir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025