Mobil versiya
Ceyhun Bayramov: Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır
Tarix: 11-03-2025 | Saat: 10:16
Bölmə:Siyasət / Manşet | çapa göndər

Ceyhun Bayramov:

Azərbaycan və Qazaxıstan bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü çərçivəsində gündəlikdəki bir çox aktual məsələləri müzakirə etmək niyyətindədirlər.

aia.azxəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə danışıqların başlanmasından əvvəl bildirib.

"Bizim hər birimiz üçün Qazaxıstanda olmaq böyük sevinc hissidir. Mən ölkənizə kifayət qədər tez-tez gəlirəm. Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır", - C.Bayramov bildirib.

Nazir, həmçinin həmkarlarını və bütün Qazaxıstan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Öz növbəsində Qazaxıstanın XİN başçısı Murat Nurtleu azərbaycanlı həmkarını və onu müşayiət edən nümayəndə heyətini Ramazan ayında qarşılamaqdan məmnun olduğunu qeyd edib.

"Bu gün geniş spektrli məsələləri, o cümlədən birgə layihələri və Xəzərin problemlərini müzakirə edəcəyik", - o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025