Mobil versiya
Zamirə Dadaşova "Azəriqaz" rəhbərinə səsləndi: Bu xalqın Allahı var!
Tarix: 06-03-2025 | Saat: 12:28
Bölmə:Ölkə | çapa göndər

Zamirə Dadaşova "Azəriqaz" rəhbərinə səsləndi:

Tanınmış televiziya aparıcısı Zamirə Dadaşova "Azəriqaz"dan şikayətçidir

AFN.az xəbər verir ki, bu barədə o özünün feyzbuk səhifəsində yazıb. "Azəriqaz"ın artıq hesablama apardığını deyən Z.Dadaşova bildirib ki, sonuncu dəfə 2024-cü il noyabrın 24-də yaşadığı evin qaza olan borcu ödənilib: "61 manat ödəniş olub. 2025-ci il yanvarın 1-də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilirdi. Xəzər rayon qaz idarəsinin əməkdaşı ancaq fevralın 1-də gəlib sayğaca baxış kecirib və qəbz də təqdim etməyib. Məlum olub ki, fevralın 1-nə qədər mən limiti kecmiş olmuşam (baxmayaraq yanvarın 1-də limit sıfırlanmalı idi) və 360 manat ödəməliyəm. Dediklərinə görə, fevralın 1-dən 2025-in hesabatı aparılacaq. Yəni 1200 kub limit hesablanacaq. Hec nə demədik. Fevral ayı ücün sərfiyyat 720 kub olduğu halda mən "limiti kecmiş" hesab olundum və sərfiyyat 22 qəpikdən hesablandı. Mən "Azəriqaz"ın rəhbəri Azər Məmmədovdan soruşuram: niyə bu xalqı sevdiyi, canını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiz? Düşmənisiz bu dövlətin? Əgər siz mənim 100-200 manatıma qalmısızsa gəlin istəyin verim. Mənim kimi yüzlərlə insan var bu özbaşnalıqla üz üzədir. Deyəndə də abonenti borclu cıxarırlar və bu durum hec kimin vecinə deyil. Mən əminəm, Cənab prezident onu sevən xalqa qarşı bu addımları atanların cəzasını verəcək! Azər Məmmədov və onun kimi məmurlar sizin Allahınız yoxdur, bəlli. Amma bu xalqın Allahı var! Ən ağır cəzanı isə o verir! Unutmayın! Bu xalqın ahı yerdə qalmayacaq!

Sözüm bütün məmurlaradır: Dövlət başcısı cənab İlham Əliyev sizi bu fəzifəyə təyin etməyib ki, onu dəstəkləyən və sevən xalqı əzib tapdalayasız. Bəsdirin bu insanların cibinə girib arvadınıza, sevgililərinizə lyüks həyat yaşatdınız! Siz bu millətin, bu xalqın əziyyətlə qazandığı pullarla varsız!"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025