Mobil versiya  Şənbə, 5 aprel 2025, 07:58:15  
“KFC” müştəriyə iylənmiş yemək göndərdi -Foto
Tarix: 05-03-2025 | Saat: 11:48
Bölmə:Ölkə | çapa göndər

“KFC” müştəriyə iylənmiş yemək göndərdi

“Şikayətim KFC-dəndir. Yango vasitəsilə ofisə yemək sifariş etdik və bizə yanıq, qurumuş, iylənmiş boks göndərdilər”.

Tribunainfo.az xəbər verir ki, bu barədə “KFC” restoranlar şəbəkəsindən yemək sifariş verib peşman olan Arzu Kərimli adlı müştəri sosial şəbəkələrdə yazıb. O bildirib ki, göndərilən yeməyi yemək mümkün deyildi:

“Üstəlik, budlar iylənmişdi. Yeməyi yemədən atmalı olduq. Şikayətimizi “Yango”ya bildirdik, sadəcə üzr istədilər. Heç bir tədbir görülmədi. Cavabları da belə oldu ki, növbəti müştərilər üçün qarşısını alacağıq. Anlamıram, biz növbəti müştərilərin məmnuniyyəti üçün və kiminsə səriştəsizliyi ucbatından niyə həm ödəniş edib, həm də ac qalmalıyıq?”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-04-2025