Mobil versiya
"İnstagram" profilləri niyə bağlanır? - MÜTƏXƏSSİS RƏYİ
Tarix: 02-02-2017 | Saat: 16:57
Bölmə:Media | çapa göndər

"İnstagram" profilləri niyə bağlanır? - MÜTƏXƏSSİS RƏYİ







Son vaxtlar "İnstagram" sosial şəbəkəsinin istifadəçiləri arasında heç bir xəbərdarlıq edilmədən profillərin bağlanması halları baş verir. Həm məşhurlar, həm də sadə vətəndaşlar bu halla rastlaşıblar. Amma sizin profil saxta deyilsə, narahat olmağa və özünüzə yeni profil açmağa ehtiyac yoxdur. Çünki artıq neçə ildir işlətdiyiniz və hər anınızı paylaşdığınız şəkilləri yenidən bərpa etmək mümkündür. Bunun üçün mütəxəssislərə müraciət etmək lazımdır.

Sahib Rzayev artıq bir neçə ildir ki, bu işlə məşğuldur və neçə-neçə bağlanmış profilləri bərpa edir. Bəs "İnstagram"da profillərin bağlanmasına səbəb nədir və necə bərpa olunur?

Sahib Rzayevin sözlərinə görə, "İnstagram" yaradıcısı tərəfindən ildə 1, 2, hətta 3 dəfə yenilənmə olur: "Boş profillərin silinməsi məqsədilə yenilənmə gedir. Həmin şəxsin şəxsiyyət vəsiqəsini və onun şəklini istəyirlər. Bizə müraciətlər olanda şəxsiyyət vəsiqəsini və şəklini götürüb "Instagram"a müraciət edirik. 48 saat ərzində səhifə aktivləşməyə başlayır".

Sahib Rzayev deyir ki, "Facebook" və "İnstagram"ın rəhbəri Mark Zukerberq saxta profillərin bağlanacağına dair bir neçə ay əvvəlcədən xəbərdarlıq edib. Ən çox bağlananlar isə şəxsi profillərdən çox, onlayn şoppinq səhifələri olub.

Mütəxəssisin dediyinə görə, profili bağlanan hər kəs özü "İnstagram"a müraciət edə bilmir: "Müraciət edən hər kəsə cavab verilmir. İP deyə bir şey var. Həmişə müraciət edilən İP-yə cavab verirlər. Biz artıq 1 ildən çoxdur ki, eyni İP ilə işləyirik. Ona görə də həmişə o İP-yə cavab verilir".

Bundan başqa, "Facebook"da profilin sındırılması ilə də bağlı tez-tez şikayətlər eşidirik. Amma Sahib Rzayev deyir ki, "Facebook"un sındırılması anlayışı yoxdur. Sosial şəbəkələrin təhlükəsizliyi üçün hər il milyonlarla pul xərclənir: "Sadə kod yazanda kimsə həmin kodu bilib girir. Məsləhət görərdik ki, mürəkkəb parollardan istifadə etsinlər. Mail açanda "İnstagram"a təsdiqlətmək lazımdır. Tanımadıqları insanlar tərəfindən göndərilən linkləri qəbul eləməsinlər".

Ekspert bildirir ki, "İnstagram"da izləyici sayını süni şəkildə artırmaq da mümkündür. Bunun üçün "İnstagram"ın icazəsi ilə xüsusi proqram var. Bu sahənin peşəkarı olan Sahib proqramların sayəsində işlətdiyi səhifəsini Azərbaycanda ən çox - 1 milyon izləyicisi olan səhifə edib. "İnstagram" isə öz izləyicilərini yenilikləri ilə sevindirməkdə davam edir. Artıq neçə vaxtdır bu sosial şəbəkə vasitəsilə canlı yayıma qoşulmaq imkanı yaradılıb. (Lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024