Mobil versiya
Millət vəkili Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşüb -Fotolar
Tarix: 01-03-2025 | Saat: 14:52
Bölmə:Manşet / Ölkə | çapa göndər

Millət vəkili Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Yuxarı Çardaqlar kəndində Şəhid Əfəndiyev Elşən Elçin oğlunun ailəsini ziyarət edib. Eyni zamanda şəhidin atasi Əfəndiyev Elçinin vəfatından kədərləndiyini bildirərək ailəyə dərin hüzünlə baş sağlığı verib.

Daha sonra Zaqatala rayon Yuxarı Çardaxlar kəndində növbəti vətəndaş qəbulu keçirib. Deputat görüş zamanı vətəndaşların çoxsaylı müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həllini tapıb. Vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.

Bundan başqa millət vəkili Asif Əsgərov qəbul zamanı vətəndaş müraciətlərinə əsasən aztəminatlı ailələrə ərzaq yardımı edib. Zaqatalalılar qaldırılan problemlərin həllində göstərilən diqqətə və qayğıya görə Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident Ilham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Vətənimizin daha qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması ücün, gərgin və yorulmaz birgə fəaliyyətində onlara can sağlığı, böyük uğurlar və yeni-yeni qələbələr arzuladılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025