Mobil versiya
Əli Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb
Tarix: 02-02-2017 | Saat: 15:07
Bölmə:Gündəm / Karusel | çapa göndər

Əli Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb




Fevralın 1-də Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb

aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb.

Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024