Səttar Möhbalıyev: “Pakistanla münasibətlərin inkişafı Azərbaycanın həm Şərqdə, həm də qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir”
Tarix: 27-02-2025 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın yüksək səviyyədə əlaqələrinin olduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. Müstəqilliyin ilk dövrlərində Azərbaycanın Pakistanla münasibətlərini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Qeyd olunmalıdır ki, İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi siyasi-mənəvi yardım xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinə söykənir: “Hər iki ölkənin rəhbərlərinin mütəmadi qarşılıqlı səfərləri Azərbaycan-Pakistan münasibətlərinin inkişafında müstəsna rola malikdir. Cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikası ilə əlaqələrə xüsusi diqqət verməsi, bu ölkə ilə əlaqələrin strateji önəmindən xəbər verir. Ölkəmizə növbəti rəsmi səfərini həyata keçirən Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif yüksək səviyyədə qarşılanmış, qardaş ölkəyə gəlişindən məmnunluğunu ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı ali qonağı salamlayaraq Azərbaycan ilə Pakistanın münasibətlərinin iki qardaş ölkə arasında olan münasibətlər səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Cənab Prezident qeyd edib ki, iki qardaş ölkə olaraq Azərbaycan və Pakistan beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə dəstəyi davam etdirəcəklər: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.” Ölkəmizin başçısı bildirib ki, cənab Baş nazirin bu səfərində Azərbaycan ilə Pakistan arasında 10 saziş imzalanıb ki, həmin sazişlər də gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq.
Daha sonra millət vəkili iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi üçün göstərilən səylərin əhəmiyyətini vurğulayıb: “Hər iki ölkənin liderləri tərəfindən göstərilən səylər, indiki şəraitdə əlaqələrin çərçivəsini genişləndirmək, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək qərarı gələcəkdə hər iki dövlətin qarşılıqlı investisiya yatırmaq imkanlarını daha da yaxşılaşdıracaqdır. Bununla yanaşı, bağlantı və daşımalar sahəsində aparılan müzakirələr də kifayət qədər diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev bu xüsusda demişdir: “Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.” Qardaş və dost ölkə olan Pakistanla münasibətlərin bu səviyyədə inkişafı Azərbaycanın həm Şərqdə, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirməklə yanaşı, müdafiə sahəsində, eləcə də iqtisadi əlaqələrdə etibarlı tərəfdaş qazanmasına səbəb olur. Hər iki xalqın, iki qardaş dövlətin birlikdə addımlaması, vahid mövqedən çıxış etməsi müasir dünyada inkişaf və tərəqqi yolunda vacib şərtlərdən biri sayıla bilər” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025