Mobil versiya
Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır
Tarix: 19-02-2025 | Saat: 10:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova:

Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazilərini azad edib, ərazi bütövlüyünü bərpa edib.

aia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:

“Mənfi tendensiyaları geri qaytarmaq, dünyada sülhə əmin-amanlığa nail olmağın yeganə yolu isə çoxtərəfli əməkdaşlıqlardır”.

S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmaqdır:

“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025