Belarus Milli Assambleyası Respublika Şurasının sədri ölkəmizə səfərə gəlib -Foto
Tarix: 18-02-2025 | Saat: 10:18
Bölmə:Siyasət / Parlament | çapa göndər

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləri Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcəkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər