Mobil versiya
Məktəblini vurub öldürən “Bakubus” sürücüsü - HƏBS EDİLDİ
Tarix: 17-02-2025 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Məktəblini vurub öldürən “Bakubus” sürücüsü -

Paytaxtın Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş avtobus sürücüsünə hökm oxunub.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Bakubus” MMC-nin sürücüsü 33 yaşlı A.Məmmədzadəyə 5 il 3 ay həbs cəzası verilib.

Məhkəmə prosesi və ibtidai istintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib.

Bildirilib ki, hadisə ötən ilin iyun ayında Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissəsində - piyada keçidinin üzərində baş verib.

33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub. Bu zaman məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birgə Binəqədi rayonu ərazisindəki basketbol məktəbinə məşqə gedirmiş.

Mərhumun anası ifadəsində bildirib ki, hadisə vaxtı övladı qan içində küçədə bir neçə dəqiqə qalıb və ona heç kim yaxınlaşmayıb. Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb. Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.

Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü deyib ki, piyada avtobusun orta hissəsində “kor nöqtə” adlanan yerə çırpıldığı üçün onu görməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə