Mobil versiya
Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər
Tarix: 17-02-2025 | Saat: 14:27
Bölmə:Siyasət | çapa göndər

Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Səfər çərçivəsində deputatlar əvvəlcə fevralın 19-da Sloveniyanın Maribor şəhərində keçiriləcək Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcəklər, soyqırımı qurbanlarının xatirəsini anacaqlar.

Fevralın 20-21-də isə nümayəndə heyəti ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçiriləcək 24-cü qış sessiyasının işinə qatılacaq.

Qış sessiyasında millət vəkilləri üç ümumi komitənin birgə toplantısında, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin iclaslarında iştirak edəcəklər.

Deputatlarımız tədbirlərdə qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər fevralın 22-də başa çatacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə