Mobil versiya
Qeysəriyyə ilə uşaq dünyaya gətirən ana öldü - TƏBİB məlumat yaydı - YENİLƏNİB
Tarix: 17-02-2025 | Saat: 12:35
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qeysəriyyə ilə uşaq dünyaya gətirən ana öldü -

Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin səbəbini açıqlanıb.

TƏBİB-dən aia.az-a verilən məlumata görə, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib.

Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

Bildirilib ki, bir gün sonra günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***10:28

Şəkidə ana doğuşdan sonra ölüb.

aia.az xəbər verir ki, Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

O, bir gün sonra Şəki Perinatal Mərkəzdə ölüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə