Mobil versiya
Kommersiya və vergi sirrini əldə edə bilən şəxslər təsdiqləndi - SİYAHI
Tarix: 01-02-2017 | Saat: 22:09
Bölmə:Karusel | çapa göndər

Kommersiya və vergi sirrini əldə edə bilən şəxslər təsdiqləndi - SİYAHI








Prezident İlham Əliyev "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Aia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1611) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə "Kommersiya (vergi)" sözləri "Kommersiya və (və ya) vergi" sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5475 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}