Mobil versiya
Ayda 2 milyon dollar xərcləyir
Tarix: 01-02-2017 | Saat: 22:01
Bölmə:Maraqlı / Karusel | çapa göndər

Ayda 2 milyon dollar xərcləyir








Müflis olduğu deyilən aktyor Conni Deppin aylıq 2 milyon dollar xərclədiyi üzə çıxıb.

Aia.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyorun büdcəsinə nəzarət edən "Management Group" şirkəti məlumat yayıb.

Şirkət müflis olmasında aktyorun özünü günahlandıraraq, onun aylıq xərclərinin 2 milyon dollar olduğunu iddia edib.

Belə ki, o, 45 metrlik yaxta üçün 18 milyon dollar, uğursuz olan səsyazma şirkəti üçün 4 milyon dollar, ölən yazıçı dostu Hanter Stokton Tompsonun dəfn mərasimi üçün 3 milyon dollar xərcləyib. Bundan başqa onun 40 nəfərlik yaradıcı heyətinin xərcləri üçün aylıq 300 min dollar, şəxsi təyyarələrinin saxlanılması üçün aylıq 200 min dollar, mühafizəsi üçün isə aylıq 150 min dollar vəsait sərf etdiyi məlum olub.

Qeyd edək ki, bir müddət öncə "Karib dənizinin quldurları" film seriyaları ilə məşhurlaşan aktyor xərcləmələrini düzgün yönləndirmədiyinə görə "Management Group"u məhkəməyə vermiş və 25 milyon dollar təzminat istəmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5454 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}