Mobil versiya
Millət vəkili Gülşən Paşayeva növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 10-02-2025 | Saat: 16:05
Bölmə:Ölkə | çapa göndər

Millət vəkili Gülşən Paşayeva növbəti vətəndaş qəbulu keçirib

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə deputat Gülşən Paşayevanın vətəndaşlar üçün növbəti qəbulu 2025-ci ilin 8 fevral tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir. Qəbulda Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və müvafiq bələdiyyəsinin təmsilçiləri iştirak etmişlər.

Şikayətlər arasında məşğulluq məsələləri, əmlakın sənədləşdirilməsində mövcud çətinliklər, yolların asfalt ilə örtülməsi və su təchizatı ilə bağlı problemlər, evlərə və həyətyanı sahələrə yağış sularının yığılması ilə bağlı çətinliklər və s. müraciətlər dinlənilmişdir.

Gülşən Paşayeva sakinləri diqqətlə dinləyərək, qaldırılan məsələlələrin qeydiyyatını aparmış və yazılı müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndəriləcəyini bildirmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025