Mobil versiya
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq edənlər tutuldu
Tarix: 06-02-2025 | Saat: 12:23
Bölmə:Ölkə | çapa göndər

Bakıda 9 avtomobildən və 7 evdən oğurluq edənlər tutuldu

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən aia.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025