Mobil versiya
İtkin düşən neftçilərdən birinin meyiti tapılıb - Yenilənib
Tarix: 01-02-2017 | Saat: 17:27
Bölmə:Gündəm / Karusel | çapa göndər

İtkin düşən neftçilərdən birinin meyiti tapılıb - Yenilənib




Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.

"AİA.AZ" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər. Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024