Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib -Foto
Tarix: 05-02-2025 | Saat: 17:55
Bölmə:Parlament | çapa göndər
![Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib](/uploads/posts/2025-02/img-20250205-wa0031.jpg)
Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında onlayn iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.
Gündəliyin birinci məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) əhəmiyyətindən söz açan komitə sədri sənədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dövlət tərəfindən dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub..
Komitə sədri gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 22 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir. Nəticədə, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidlik təmin olunur.
Komitə sədri bildirib ki, layihədə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna yeni 12-1-ci maddənin əlavə olunması nəzərdə tutulub. Yeni maddədə əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədi ilə qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı gətirilir və Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə qəbul edilir.
Müzakirələrdə komitə sədri Musa Quliyev, deputatlar Vüqar Bayramov, Nigar Məmmədova, Soltan Məmmədov, Əziz Ələkbərov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışçılar qanunun tətbiqi mexanizmləri, Azərbaycan işarət dilinin öyrənilməsi, istifadəsi imkanları və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsini müdiri Sabir Qocayev deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Jalə Əliyeva, Sevinc Hüseynova, Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

![](/uploads/posts/2025-02/img-20250205-wa0032.jpg)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
05-02-2025