Qusar rayon icra hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi -Fotolar
Tarix: 01-02-2025 | Saat: 23:37
Bölmə:Ölkə | çapa göndər
1 Fevral 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Qusar rayon əhalisinin sosial müdafiəsinin təminatı, məşğulluğu, Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair “Tədbirlər Planı”nın 3.4-cü bəndinin icrası ilə əlaqədar rayonda həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr” və “Rayonda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan işin vəziyyəti” mövzularında Şura iclası keçirildi. Şura üzvləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə baş tutan iclasda icra başçısı Sahir Məmmədxanov Şuranın iclasını açıq elan edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verdi. Daha sonra Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İkram Tumarxanov və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov qeyd olunan mövzular ətrafında geniş arayış ilə çıxış etdilər. Məruzə və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərar qəbul edildi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025