Avdeyevka şəhərində humanitar fəlakət - FOTO
Tarix: 31-01-2017 | Saat: 22:09
Bölmə:Siyasət | çapa göndər
Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının rəhbəri Pavel Zhebrivsky Ukraynanın Donbasda təmas xəttində yerləşən Avdeyevka şəhərindən gün ərzində 8 min sakinin evakuasiya ediləcəyini bildirib.
"Avdeyevka sakinlərinin mümkün evakuasiyası ilə bağlı vilayətin şəhər və rayon rəhbərlərinin fəaliyyətini əlaqələndirmişik. Hal-hazırda gün ərzində 8 minə qədər adamı evakuasiya edə bilərik. Vilayətin şəhərləri 9 minə qədər adamı qəbul etməyə hazırdır. Vilayətin uşaq müəssisələri istənilən an mindən çox uşağı qəbul etməyə hazırdır", - deyə məmur qeyd edib.
160 RAKET MƏRMİSİ
Aia.Az azadliq.org-a istinadən bildirir ki, son üç sutka ərzində 25 min sakini olan Avdeyevka separatistlər tərəfindən atəşə tutulur. 72-ci qvardiya mexanikləşdirilmiş briqadasının mətbuat xidmətindən bildirilib ki, şəhər "Qrad"lardan atəşə tutulur.
"Saat 05:40 radələrində separatçılar Avdeyevkaya dörd paket "Qrad" buraxdılar. Bu, 160 raket mərmisi deməkdir. Dörd "Qrad" qurğusu dörd fərqli nöqtədən, mülki yaşayış məhəllələrindən atəş açırdı", - deyə məlumatda göstərilir.
Bazar ertəsi günü şəhər 20 dərəcə şaxtada susuz, elektriksiz və istiliksiz qalıb. Şəhərin əsas istehsal müəssisəsi olan Avdeyev koks-kimya zavodu fəaliyyətini dayandırıb.
Avdeyevka.
Donbasda, konkret olaraq Avdeyevka rayonunda vəziyyətin kəskinləşməsi səbəbindən Ukrayna prezidenti Petro Poroshenko Almaniyaya səfərini yarımçıq kəsərək Ukraynaya qayıdıb. Almaniyada regionda münaqişənin nizamlanmasına dair danışıqlar getməli idi.
"HUMANİTAR FƏLAKƏT"
Ukrayna hərbçiləri Avdeyevka sakinlərinə əlavə səhra mətbəxləri təqdim ediblər. Vilayət hökuməti isə isti yemək və su paylama məntəqələri təşkil edib. Yerli KİV-lər şəhərdəki vəziyyəti "humanitar fəlakət" adlandırır.
Özünü müstəqil elan etmiş "Donetsk Xalq Respublikası" (DNR) rəhbərləri isə bildiriblər ki, Ukrayna hərbçiləri Avdeyevka istiqamətindən Donetski atəşə tuturlar.
"Donetskin atəşə tutulması davam edir. Avdeyevka tərəfdə ağır artilleriya işə salınıb. cəbhəboyu rayonların sakinləri zirzəmilərə eniblər", - deyə qondarma DNR-in müdafiə naziri jurnalistlərə bildirib.
Separatçıların nəzarətində olan "DAN" agentliyi bildirir ki, çərşənbə axşamı səhər saatlarında atəş nəticəsində Donetskin Kiyev rayonundakı Zasyadko adına mədənin enerji təminatı kəsilib, 200 mədənçi yerin altında qalıb. Onlar həmçinin iddia edirlər ki, Ukrayna hərbçilərinin atəşi nəticəsində, ən azı, altı ev və Donetsk, Yasinovataya və Qorlovkada qaz kəmərləri zədələnib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ