Mobil versiya
"Lazım gəlsə küçələrə çıxacağıq" -
Tarix: 31-01-2017 | Saat: 21:58
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Lazım gəlsə küçələrə çıxacağıq" -







"Ermənistanda ədalət" adlı təşəbbüs qrupu hələ ötən ilin sonlarında 2017-ci ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkisini müşahidə edəcəyini bəyan edib.

Bu hərəkatı erməni diasporunun tanınmış üzvləri yaradıblar.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, təşəbbüs qrupunun üzvü, tanınmış kanadalı rejissor Atom Eqoyan Los-Ancelesdə keçirilən forumda aprel seçkisinin nəticələrinin onlar üçün qabaqcadan bəlli olduğunu deyib.

"Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik. Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik. Gəlin lazım olsa ora gedək, küçələrdə oturaq" Eqoyan deyib.​

Polis Yerevanda Egoyanın həyat yoldaşı Khanjianı saxlayır

Eqoyanın həyat yoldaşı və kanadalı aktrisa Arsin Xancyansa ( Arsineh Khanjian) deyib ki, təkcə seçkiləri müşahidə etməklə iş bitmir, xaricdə yaşayan Ermənistan vətəndaşları ölkəyə gedib səs verməlidirlər.

Arsineh Khanjian

"Nəyinsə dəyişməsinə hələ ki, azacıq da olsa ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür. Biz diaspor kimi status-kvonun (Dağlıq Qarabağ münaqişəsində) saxlanmasının yeganə yol olduğunu düşünməməliyik, bu əksər hissəsi oliqarxlar tərəfindən zəbt edilmiş dövlətə dəstəkdir", Xancyan deyib.

Forumda iştirak edənlərdən biri, yumorçu Bage Berberyansa deyib ki, onların işi təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir.

"İnsanlar həqiqətəndə öz səslərini 5 min drama satırlar. Biz təkcə bu səsləri alan məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar" Berberyan vurğulayıb.

Ermənistanda növbəti parlament seçkisi bu il aprelin 2-də keçiriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024