ABŞ-a viza almaq istəyənlər üçün şərtlər dəyişdi - ŞƏRH
Tarix: 31-01-2017 | Saat: 21:54
Bölmə:Siyasət / Karusel | çapa göndər
ABŞ-ın Bakıdakı səfirliyi Prezident Donald Trampın Birləşmiş Ştatlara giriş qaydalarının sərtləşdirilməsi ilə bağlı fərman imzalamasından sonra Azərbaycan vətəndaşlarına viza verilməsi qaydasının dəyişdirilməsinin mümkünlüyü məsələsini şərh edib.
Aia.Az fins.az-a istinadən bildirir ki, ABŞ səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni qaydalar tətbiqindən sonra Dövlət Departamenti viza üçün müraciət edənlərin hamısının müsahibə mərhələsindən keçməsini tələb edir. Amma bu məsələdə müsahibə mərhələsinə qatılmasına ehtiyac duyulmayan istisnalar da var:
1) viza üçün müraciət edənlər xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik və xidməti pasportlara malik nümayəndələri olduqda (A-1, A-2, G-1, G-2, G-3, G-4, NATO-1-dən 6-dək, C-2 və C-3 kateqoriyalı vizalar);
2) viza üçün müraciət edənlər 14 yaşdan aşağı və ya 79 yaşdan yuxarı olduqda;
3) viza üçün müraciət edənlər daha əvvəl eyni kateqoriyalı viza aldıqda və o vizanın müddətinin başa çatmasından 12 ay keçmədiyi halda.
Qeyd edək ki, daha əvvəl xarici KİV D.Trampın fərmanının turistlərə və biznesmenlərə fərdi müsahibə olmadan sənədləri konsulluğa göndərməklə ABŞ-a yenidən giriş üçün B1 və B2 tipli viza almaq imkan verən Müsahibəsiz Güzəştli Viza Proqramınının fəaliyyətini dayandırdığını yazıb.
Müsahibəsiz Güzəştli Viza Proqramı 2016-cı ilin noyabr ayından ABŞ-ın Azərbaycandakı səfirliyində də tətbiq olunub. Proqram bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarına konsulla görüşmədən viza əldə etmək imkanı verirdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ