Mobil versiya
Rusiyada nazir müavini təyin edilən soydaşımız kimdir?
Tarix: 31-01-2017 | Saat: 21:41
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rusiyada nazir müavini təyin edilən soydaşımız kimdir?




Xəbər verildiyi kimi, soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Rusiyanın baş naziri Dmitri Medvedev 2017-ci il yanvarın 30-da bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub. İqtisadi İnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.

1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Azər Talıbov Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə də təltif olunub.

Pünhan Mirzə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024