Mobil versiya
"Trampın bu siyasəti Putinin ürəyincədir"
Tarix: 31-01-2017 | Saat: 17:58
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Trampın bu siyasəti Putinin ürəyincədir"








Amerikanın siyasi tarixində andiçmədən 10 gün sonra daxili və xarici siyasətdə ölkəsinə müxtəlif istiqamətlərdə bu qədər problem yaradan ikinci prezident xatırlamıram. Dövlət Departamentinin bir qrup diplomatı prezident Donald Trampın müsəlman ölkələrinin bir qisminə viza verilməməsi qərarına etiraz edib. Böyük ehtimalla bu etiraza imza atan diplomatları işdən çıxaracaqlar, necə ki, baş prokurora qapını göstərdilər. Diplomatlar etirazlarında yazıblar ki, Trampın son qərarı Amerikanın dünyadakı dostlarının sayını və etibarını azaldacaq. Onlar tam haqlıdırlar.


Aia.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.



Politoloqun fikrincə, onsuz da, Trampdan əvvəl də Amerikanın xarici və təhlükəsizlik siyasəti çoxlarında suallar doğururdu, indi isə tənqidçilərin sayı daha çox artacaq: "Hətta Trampla dostlaşmaq istəyən Rusiya prezidenti Vladimir Putin də Ağ Ev sahibinin son qərarlarından diskomfort hiss edəcək. Məsələn, əgər Tramp Rusiyanın tərəfdaşı Çini sıxışdırmağı planlaşdırırsa, Meksika ilə divar tikirsə, müsəlman ölkələrinə giriş qadağası qoyursa, Fələstinin acığına Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi düşünürsə, Kreml üçün təkbaşına Ağ Ev sahibi ilə dostlaşmaq çətin olacaq. Buna baxmayaraq, Putinin ürəyindəndir ki, Tramp bu siyasətilə Amerikanın dünyadakı dayaqlarını zəiflətsin".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024