Mobil versiya
Hakan Fidan: Türkiyə ABŞ-dən sanksiyaların ləğvini gözləyir
Tarix: 24-01-2025 | Saat: 17:10
Bölmə:Dünya | çapa göndər

Hakan Fidan:

Türkiyə ABŞ-nin yeni administrasiyasının "Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə” qanunu (CAATSA) çərçivəsində sanksiyaları ləğv edəcəyini gözləyir.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"ABŞ Türkiyənin mühüm strateji tərəfdaşıdır və münasibətlər bu istiqamətdə davam edəcək. Əvvəllər də aydın şəkildə bildirdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın yeni administrasiyasının münasibətlərimizdəki problemli sahələri, xüsusilə də CAATSA çərçivəsində sanksiyaları aradan qaldıracağını gözləyirik", - o qeyd edib.

CAATSA qanunu 2017-ci ilin avqustunda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025