Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri sürətlə inkişaf edir
Tarix: 22-01-2025 | Saat: 11:02
Bölmə:Siyasət | çapa göndər
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə etdiyi səfərin xüsusi əhəmiyyəti var. Çünki bu, qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin ilk xarici səfəridir. Azərbaycan-Gürcüstan əlaqələri qədim tarixi köklərə malikdir. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Əminliklə demək olar ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İki dost ölkə arasında mövcud olan siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.
Dövlət başçımız öz çıxışında xüsusilə iqtisadi sahədə yaxşı nəticələrin olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan qonşu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu da onu göstərir ki, Gürcüstan hökumətinin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, ölkədə formalaşmış çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Əlbəttə ki, bu gün Azərbaycan və Gürcüstün arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi önəm daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. O cümlədən hazırda Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri tərəfindən müzakirə olunan vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi idi. Bu məsələ barədə öz fikirlərini səsləndirən möhtərəm dövlət başçımız bildirdi ki, ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Əminliklə demək olar ki, hər iki ölkənin müvafiq qurumlarının koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bu gün həm Gürcüstanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Bu işləri paralel apararaq təbii ki, Azərbaycan və Gürcüstan həm ölkələrimizin və xalqlarımızın, həm də qonşu dövlətlərin inkişafına misilsiz töhfələr vermiş olurlar.
Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha qeyd etdi ki, Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər