“Bütün bunlar çox müsbət addımlardır” - Deputat
Tarix: 31-01-2017 | Saat: 12:51
Bölmə:Siyasət | çapa göndər
Prezident İlham Əliyevin yanaşması ondan ibarətdir ki, indiki dövrdə hökumət maksimal olaraq vətəndaşların yanında olmalıdır və dövlət başçısı öz sərəncam və fərmanları ilə bunu təsdiq edir.
“AİA.az” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib. Millət vəkili qeyd edib ki, vətəndaşın sosial rifahı nə qədər yaxşı təmin olunarsa, vətəndaş iqtisadi baxımdan nə qədər güclü olarsa, dövlət də bir o qədər güclənər:
"Dövlət büdcəsinin qəbulu zamanı da, prezidentin çıxışlarında da dəfələrlə bu fikir söylənilib ki, əmək haqları, pensiyalar artırılacaq, sosial baxımdan dövlət tərəfindən aztəminatlı insanlara edilən güzəştlər, yardımlar davam etdiriləcək. Bu günlərdə minimum əmək haqlarının və pensiyaların baza hissəsinin artırılması, bundan əvvəl isə vergi amnistiyasının elan olunması və insanların bundan faydalanması da göstərir ki, ölkə başçısı, Azərbaycan hökuməti bütün vətəndaşların gündəlik həyatının müsbət tərəfə dəyişməsi üçün addımlar atır. Bütün bunlar çox müsbət addımlardır və bundan sonra davam etdiriləcək".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024