Mobil versiya
Xərçəng hüceyrələrini öldürən sadə bitki: evinizdən əskik etməyin
Tarix: 09-02-2017 | Saat: 18:59
Bölmə:Aia TV | çapa göndər

Xərçəng hüceyrələrini öldürən sadə bitki: evinizdən əskik etməyin




Çörəkotu (qara zirə) mövsüm keçidlərində, allergiya hallarında, xolesterol və şəkər xəstəlikləri zamanı təklif edilən bitkidir. Çörəkotu və yağının ana südünü artıran xüsusiyyəti də var. Türkiyəli tibb mütəxəssisi Sevil Gülsoy isə çörəkotu və yağı haqqında cəmiyyətdə qəbul edilmiş bəzi doğruların səhv olduğunu deyib. Milli.Az lent.az-a istinadən həkimin fikirləri ilə sizi tanış edir.

Çörəkotu immunitet sistemini gücləndirdiyindən bir çox xəstəliyə şəfa olaraq məsləhət görülür: "Çörəkotunun faydaları bunlarla da məhdudlaşmır. Çörəkotu şəkər xəstəliyi, artrit (oynaq iltihabı) və astma kimi xəstəliklərdə də simptomları sağaltma xüsusiyyətinə malikdir. Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu bir çox təcrübələrlə müşahidə olunub. Saç və dəriyə qulluq üçün dəstəkləyicidir. Araşdırmalar çörəkotunun tərkibində 100-dən çox mürəkkəb birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri "nigellon" və "alpha pinen" birləşmələri, omeqa-3, omeqa-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları, xüsusilə, immunitet sisteminin güclənməsi üçün son dərəcə əhəmiyyətlidir".

Salatlara əlavə edəcəyiniz yarım desert qaşığı çörəkotu yağı ilə ləzzət və sağlamlıq qazanarsınız. Çörəkotu toxumunu adətən şora qatırlar. Eyni zamanda, qatığa da əlavə edə bilərsiniz. Çörək, un məmulatlarının üzərinə də səpilir. Çörəkotu tərkibindəki komponentlər sayəsində hüceyrə yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü də artırmağa kömək edir. Bunun üçün istər yağ şəklində, istərsə adi toxum şəklində bala qarışdıraraq yemək olar.

S. Gülsoy çörəkotu yağı ilə bağlı doğru bilinən səhvləri bu cür sıralayıb:

Dad: Çörəkotu toxumunun dadı yüngüldür. Dadının acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığını artırmaq üçün sıxma üsulu da əlverişlidir. Bu da rəngin tündləşməsinə, dadın acılaşmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxaraq da anlamaq mümkündür. Halbuki pres üsulu ilə əldə edilən çörəkotu yağında acılıq və boğazı yandırma nisbəti azdır.

Bununla yanaşı, oksigenlə təmas etmiş, saxlama şərtləri uyğun olmayan çörəkotu yağlarında turşuluq və peroksid miqdarı artır. Bu da acı dadmasına və yağın rənginə təsir edir.

Rəng: Yağın rəngi orijinalının sıxılma ilə əldə edilən formasından açıqdır.

Qoxu: Xarakterik çörəkotu qoxusu.

Sağlamlığınızı dəstəkləmək üçün keyfiyyətli və sıxılmış çörəkotu yağına üstünlük verin. Bunun üçün ya yağın peroksid miqdarını ölçdürün, ya da etibarlı, standartlara uyğun istehsal edilənləri seçin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024