Mobil versiya
Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i qəbul edəcək
Tarix: 10-05-2024 | Saat: 11:48
Bölmə:İdman | çapa göndər

Azərbaycan Premyer Liqası:

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start veriləcək.

aia.az xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Kəpəz”lə üz-üzə gələcək.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma 19:00-da başlayacaq. “Neftçi” hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Kəpəz” isə 35 xalla səkkizincidir.

Qeyd edək ki, turun digər oyunlarında “Araz Naxçıvan” “Turan Tovuz”u, “Zirə” “Qarabağ”ı mayın 11-də qəbul edəcək. Tura mayın 12-də “Qəbələ”-“Sabah”, “Sumqayıt”-“Səbail” görüşləri ilə yekun vurulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024