Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 02-05-2024 | Saat: 16:24
Bölmə:Cəmiyyət | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının                                101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

YAP Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş növbəti tədbir “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar ! ” mövzusunda "Azərbaycan Bayrağı" ordenli  şəhid Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında keçirildi.

aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Q.Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva açdı.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan,Ulu Öndərin misilsiz xidmətlərindən, şərəfli və mənalı həyatından, onun əsasını qoyduğu siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışdı.

Tədbirdə Q.Hacımahmudova adına ümumi orta məktəbin müəllimləri Flora Əmirova, Gülbəniz Bəxtiyarova, Mehriban Kərimova, şəhid İlqar Hüseynovun anası Nurcahan Ağasultanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı danışdılar.

Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024