Mobil versiya
Eltun Süleymanov: “Azərbaycanla Ermənistan arasında yeganə normallaşma vasitəsi sülhdür”
Tarix: 02-05-2024 | Saat: 12:31
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycanla Ermənistan arasında yeganə normallaşma vasitəsi sülhdür”

Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir.
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilmişdir. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə keçirilib. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
VI Forumun açılışında geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ç dünyanı və bəşəriyyəti narahat edən bir sıra məsələlərə, o cümlədən, regionumuzda baş verən proseslərə münasibətini bildirdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “ Ölkəmizin mədəniyyətlərarası dialoqa ev sahibliyi etməsindən və bunun bir ənənə halını almasından məmnunluq ifadə edən cənab İlham Əliyev bildirdi ki, Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. “
Ölkəmizin Qoşulmama Hərəkatında fal iştirakını qeyd edən ölkə başçısı bildirib ki, pandemiya dövründə Azərbaycan fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. “Milli maraqlar baxımından, əlbəttə ki, Azərbaycan həmin Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardı və biz Baş Assambleyada bununla bağlı təşəbbüskar olduq.”
XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmaqda davam etdiyini bildirən cənab İlham Əliyev bütün addımların beynəlxalq hüquqa uyğun atılmasının vacibliyini önə sürərək qeyd etdi ki, dünya milli assimilyasiyaya aparan neokolonilaizmə göz yummaamalıdır: “Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.”

Eltun Süleymanov qeyd edib ki, “Dünyada enerji təhlükəsizliyi yarandığı bir dövrdə Azərbaycan regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Bununla bərabər, təb sərvətlərə görə qınaq obyekti olmağı haqsızlıq kimi dəyərləndirən ölkə başçısı mövcud iqlim dəyişikliklərinə qarşı mübarizədə də öndə getdiyimizi xatırladaraq bildirdi ki, cari ildə Azərbaycan COP29-a ev sahibliyi edəcəkdir.
Erməniistanla münaqişədən sonrakı vəziyyətə toxunan ölkə başçısı bildirdi ki, bu gün biz sülh prosesini davam etdiririk. Həm də vasitəçilər olmadan. Çünki 30 il ərzində vasitəçilər münaqişənin həllindən çox, onun uzanmasına səbəb olublar: “Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.”
Hazırda demarkasiya və delimitasiya prosesinin davam edir. Bu da onu göstərir ki, bizə heç bir vasitəçi lazım deyil. İki ölkə bu problemi həll etməklə Cənubi Qafqazda sülh və təhükəsizliyə nail olacaqdır: “Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024