Mobil versiya
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
Tarix: 02-05-2024 | Saat: 11:16
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants (Günən) kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Minalardan təmizləmə Ermənistan və Azərbaycanın ekspert qruplarının apardığı geodeziya ölçmələri əsasında dövlət sərhədinin bu hissəsinin yenilənməsi, habelə koordinatların dəqiqləşdirilməsi üzrə işlərin aparılması məqsədi ilə həyata keçirilir”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə yerləşən Berkaber (Bibiş kəndi – red.) kəndinin də minalardan təmizləndiyi bildirilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024